Foto 15:56 15.11.2019

Rayan Giqqz: “Azərbaycanla oyun asan olmayacaq” (FOTOLAR)

"Bakıda olmaqdan çox məmnunam. İnanıram ki, burada vaxtımızı yaxşı keçirəcəyik. Çalışacağıq ki, seçmə mərhələdəki növbəti iki oyunumuzda da qələbə qazanaq. Asan olmayacaq”.

Qaynarinfo xəbər verir ki, bunu Uels futbol yığma komandasının baş məşqçisi Rayan Giqqz Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyunundan əvvəl mətbuat konfransında deyib. 
Baş məşqçi bildirib ki, Qaret Beylin vəziyyəti normaldır:
"Oyunda nizam-intizam qaydaları vacibdir. İlk günlər məşq üçün çətin oldu. Məşq etməyə zamanımız məhdud idi. Azərbaycanla oyun asan olmayacaq. Bu rəqibin Xorvatiyadan xal aldığını bilirik. Qalib gəlməyə çalışacağıq. Problemlərlə qarşılaşa bilərik. Amma qalib olmağa çalışacağıq", - Giqqz qeyd edib. 

Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlanacaq. Bundan 3 gün sonra isə britaniyalılar son seçmə oyunda Macarıstanı qəbul edəcəklər. Hazırda 8 xalla E qrupunda 4-cü yerdə gedən Uels yığması bu qarşılaşmalardan qalib ayrılmasa, AVRO-2020-nin final mərhələsinə vəsiqə qazana bilməyəcək.
Nimar