Video 23:14 11.05.2018

Rayonlarda torpağın qiyməti Bakıdakılardan heç də geri qalmır (VİDEO)

Lənkəranın torpaq bazarında durğunluq yaşanır.

Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, torpaq satışında qiymətlər aşağı düşsə də, bu, alıcılığa o qədər də təsir etməyib. Əsas tələbat isə şəhər mərkəzində və yola yaxın ərazilərədə olan torpaqlaradır. Qiymətlər torpaq sahəsinin yerləşdiyi əraziyə görə dəyişir. Şəhər mərkəzində elə yerlər var ki, 1 sot torpaq sahəsi 15 min manata satışa çıxarılıb.

Satıcıların sözlərinə görə, əsasən dənizə yaxın ərazilərdə satışa çıxarılan torpaqlara tələbat var.

Azərbaycanın əsas turizim zonalarından olan Qubada isə torpaq və ev alanların sayı getdikcə çoxalır. Qiymətlər ötən illə müqayisədə bahalaşıb. Bu rayonda ən bahalı torpaq sahələri Qəçrəş və rayon mərkəzindədir. Ən ucuz yerlər isə Quba- Xudat yolunun kənarıdır.

Turizim üçün əhəmiyyətli bölgələrdən sayılan Zaqatalada da torpaqlar stasundan asılı olaraq müxtəlif qiymətlərə satışa çıxarılır. Bu rayonda qiymətlər əvvəlki illərlə müqayisədə ucuzlaşıb. Keçən il şəhər ətrafı "həyətyanı" torpaqlar 3000-3500 manat, bu il isə 2000-2500 manat civarında alıcısını gözləyir.

Şəhərdə isə torpagın qiyməti 7 min manata qədər aşagı enib.