İdman 20:09 03.08.2018

"Real" bir futbolçu üçün 750 milyon avro istədi

Kriştiano Ronaldonu "Yuventus"a satan "Real" Luka Modriçin "İnter"ə keçəcəyi ilə bağlı iddialara münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Kral Klubu"nun prezidenti Florentino Peres açıqlama verib. 

33 yaşlı xorvat futbolçunu satmaq istəmədiklərini bildirən Peres "Modriçin "Real"dan ayrılması sadəcə müqaviləsində göstərilən sərbəst qalma qiyməti - 750 milyon avro ödənilməsi zamanı baş verə bilər" deyib. 

Qeyd edək ki, "Real" Modriçi 2012-ci ildə "Tottenhem"dən 30 milyon avroya alıb. Onun klubla 2020-ci ilin yayınadək müqaviləsi var.