İdman 14:56 06.03.2013

“Real” futbolçularının qələbə FOTOSU

Madrid “Real”ının futbolçusu Serxio Ramos Çempionlar Liqasının 1/8 final mərhələsinin dünən “Mançester Yuneyted”ə qarşı keçirilən oyundan paltardəyişmə otağında çəkdirdiyi şəkili sosial şəbəkələrdə yayımlayıb.

Qol.Az-ın məlumatına görə, şəkildə Ramosla yanaşı Dieqo Lopez, Məsut Özil, Rafael Varan, Fabio Koentrao ve Sami Xedira da yer alıb. Onlar qələbədən sonra çox sevincli görünüblər. Ramos şəkil üçün "Mançester Yuneyted” kimi möhtəşəm bir komandanı məğlub etdiyimiz və 1/4 finala çıxdığımız üçün sevinir və qürur duyuram” – sözlərini paylaşıb.

Qaynar.info