Ölkə 13:17 09.12.2013

REAL Hərəkatı bəyanat yaydı

Respublikaçı Alternativ (REAL) Hərəkatı bəyanat yayıb.  

Qaynar.info-ya daxil olan bəyanatda bildirir ki, Respublikaçı Alternativ Hərəkatı hazırda Ukrayna xalqının Avrointeqrasiya uğrunda nümayiş etdirdiyi mübarizəni alqışlayır, öz həmrəylik və dəstəyini ifadə edir.

Baş verən prosesləri yaxından izləyən REAL Hərəkatı bəyan edir ki,  Hərəkatın birmənalı mövqeyi Respublikamızın real şəkildə Avropaya inteqrasiya etməsindən ibarətdir. REAL Hərəkatı bəyan edir ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatı, NATO və Avropa Birliyinə üzvlüyü Hərəkat üçün prioritetdir və bunun istənilən alternativi Azərbaycanın müstəqil, güclü və işıqlı gələcəyi üçün təhlükədir.

10 dekabr Ümumdünya İnsan Haqları Gününü ərəfəsində REAL hərəkatı bəyan edir ki,  Avrointeqrasiya prosesinin əsas elementlərindən biri olan insan hüquq və azadlıqlarına  hörmət və demokratik təsisatların gücləndirilməsi  istiqamətində ciddi problemlər mövcuddur və bunun məsuliyyəti Azərbaycan hakimiyyətinin üzərindədir.

REAL Hərəkatı Azərbaycanın Avroatlantik məkana inteqrasiyası istiqamətində fəaliyyətini bundan sonrakı dövrdə də davam etdirəcək. 

Qaynar.info