Xəbər lenti

İdman 14:13 22.05.2024

"Real" Mbappe ilə bağlı qərar verdi: Olimpiadaya gedəcək?

"Real Madrid" fransalı hücumçu Kilian Mbappeni 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının futbol turnirində iştirak etməyə icazə verməyəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə COPE nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, klub rəhbərliyi 25 yaşlı fransalı futbolçunun ölkə çempionatının avqust matçlarında istifadə etməli olduğunu əsas gətirərək, onun Fransada keçiriləcək Yay Olimpiya Oyunlarına buraxılması xahişini rədd edib.

Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Mətbuatın yazdığına görə, hücumçu artıq "Real Madrid"lə anlaşıb və yeni mövsümdə İspaniya klubunda çıxış edəcək.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->