İdman 10:28 06.08.2018

"Real" rekord məbləğə futbolçu trasfer edir

Kriştiano Ronldonu "Yuventus"a satan "Real" Harri Keyni transfer edir.

Qaynarinfo "Don Balon”a istinadən xəbər verir ki, "Kral Klubu" İngiltərə millisinin futbolçusu üçün "Tottenhem”ə rekord məbləğ təklif etməyə hazırlaşır.

İddiaya görə, "Real" 25 yaşlı hücumçu üçün ingilislərə 250 milyon avro təklif edəcək. Keyinin özü isə illik 30 milyon avro maaş alacaq. 

Qeyd edək ki, hazırda transfer rekordu Neymara məxsusdu. Braziliyalı ulduz ötən yay "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olunub.