İdman 10:29 06.10.2017

«Real»da Ronaldo şoku

"Real"ın ulduzu Kristiano Ronaldo La Liqadakı ən uğursuz mövsümünü keçirir. 

"Qaynarinfo" Fanat.az-a istinadən xəbər verir ki, "Barselona" ilə Super Kubok oyununda qırmızı vərəqə alan və 5 oyunluq cəzalanan portuqaliyalı ulduz cəzası baha çatandan sonra meydana çıxdığı 3 çempionat oyununda ümidləri doğrultmayıb.

3 matçda qol vura bilməyən və sadəcə bir məhsuldar ötürmə edən Ronaldo 2009-cu ildən formasını geyindiyi "Real"da ən pis mövsüm startını yaşayıb. O, ən məhsuldar ilk üç oyunluq liqa performansını 2015/16 mövsümündə keçirib. Həmin mövsümün ilk iki oyununda qol vura bilməyən futbolçu "Espanyol"a qarşı üçüncü oyunda 5 qola imza atıb və 1 məhsuldar ötürmə edib.

Mövsümündə "Kordoba" və "Atletiko"ya 1 qol vuran Ronaldo "Deportivo" matçında 3 dəfə fərqlənib. 

7 turu arxada qalan La Liqada hələlik qol vura bilməyən portuqaliyalı ulduz əsas rəqibi Lionel Messidən geri düşüb. "Barselona"nın argentinalı ulduzu 7 oyunda 11 dəfə fərqlənib.

Qeyd edək ki, Ronaldo ötən mövsüm 29 La Liqa matçında 25 qol vurub.

Qaynarinfo.Az