"Real" futbol tarixinin ən böyük transferini reallaşdırmaq istəyir. "Qaynarinfo" Fanat.Az-a istinadən xəbər verir ki, "Kral Klubu" PSJ-dən Neymarı heyətinə qatmaq üçün hərəkətə keçib.

Son günlər braziliyalı futbolçunun Fransadakı həyata alışa bilmədiyi və xoşbəxt olmadığı deyilir. Bu səbəbdən onun PSJ-dən ayrılmaq istədiyi deyilir. "Real" isə bu şansdan yararlanaraq onu heyətinə qatmaq niyyətindədi.

"Marca"nın iddiasına görə, "Real" yayda ulduz bir futbolçunun alınması üçün 200 milyon avro büdcə ayırıb və hədəfindəki ilk futbolçu isə Neymardı. Amma PSJ 222 milyon avroya aldığı braziliyalıya 450 milyon avro qiymət qoyub. Bildirilir ki, "Real" rəhbərliyi Neymarı almaq üçün bu məbləği ödəməyə hazırdı.

Qaynarinfo.Az