İdman 09:23 01.03.2013

“Real”ın futbolçusu həbs oluna bilər


Madrid “Real”ının futbolçusu Kərim Benzema həbs oluna bilər.

İspaniya mətbuatının verdiyi məlumata görə, buna səbəb futbolçunun klub tərəfindən icarəyə götürülmüş avtomobillə sürət həddini aşmasıdır. Hələ fevralın 3-cü La Liqada “Qranada”ya 0:1 hesabla məğlub olduqların oyundan “Porşe” markalı avtomobillə 80 km sürət həddi olan bölgəni 260 km sürətlə gedən futbolçu polislər tərəfindən saxlanılıb.

Futbolçunun işi məhkəməyə göndərilsə də, proses təxirə salınıb. “Real” klubuna Benzemanın hərəkəti ilə bağlı məlumat verilib.

Qeyd edək ki, yaxın vaxtlarda baş tutacaq məhkəmədə təqsiri sübuta yetirilərsə, futbolçu 6 aydan 3 ilədək azadlıqdan məhrumedilmə cəzasına məruz qala bilər.

Qol.az