Texnologiya 19:05 14.02.2018

"reCAPTCHA" nədir?

"reCAPTCHA" internetdə təhlükəsiz mühit üçün yaradılan sistemdir.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, sistem əsasən yeni saytlardan qeydiyyatdan keçən zaman istifadəçinin robot, yoxsa insan olub-olmadığını müəyyənləşdirmək üçün nəzərdə tutulub. Təhlükəsizlik üçün ekrana kiçik qutu və ifadələr gəlir və əməliyyata davam etmək üçün bu ifadələri qutuya yazmağımız vacibdir. 

Demək olar ki, hamının qarşısına çıxmış bu sistemin digər məqsədi var. "reCAPTCHA" ilə sadəcə robot yox, insan olduğumuzu sübut etmirik, həmçinin milyonlarla kitabı digitallaşdırma prosesində iştirak edirik. Qutuya yazmaq üçün təklif edilən ifadələrdən biri "reCAPTCHA" tərəfindən yaradılan, digəri isə digital aləmə daxil edilməsi gözlənilən kitablardan birinin içində yerləşən kəlmədir.

2000-ci illərin ortalarından istifadəyə verilən "reCAPTCHA" vasitəsilə gündə 200 milyon kəlmə online aləmə daxil edilir. Hər daxiletmə insanların sadəcə 10-12 saniyəsini alır və 750 milyon insan üçün faydalı olur.

Şirkətin yaradıcısı Luis Von Ahn bildirir ki, məqsədləri kitabların digitallaşdırılması və çox sayda insan üçün əlçatan olmasıdır. 

"reCAPTCHA" 2009-cu ildə "Google" tərəfindən alınıb.

Gülşən