Maqazin 13:21 06.05.2018

"Rəcəb İvedik 6" gəlir (FOTO)

Məşhur komediya ustası Şahan Gökbakar "Rəcəb İvedik" film seriyasının 6-cı bölümü çəkəcəklərini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə aktyor instagram hesabında paylaşım edib. O, yeni macəranın yolda olduğunu bildirib.

Rejissor qardaşı Toqan Gökbakarla çalışmalara başladıqlarını deyən aktyor film barədə bunları yazıb:

"Ağlımızda "Rəcəb İvedik 6" ilə bağlı 2 möhtəşəm fikir var. Hazırda qərar vermə mərhələsindəyik. Qərar qəbul edildikdən sonra ssenarini hazırlayıb çəkilişlərə başlayacağıq. Yeni film 2019-cu ilə hazır olacaq".