Sağlamlıq 15:56 22.04.2018

Ürək xəstəliklərindən xilas olmaq istəyirsiniz?

Mütəmadi göbələk istifadə edənlərin ürək xəstəliyinə tutulma riski çox aşağıdır.

Qaynarinfo xəbər verir ki, Şotlandiyada aparılan araşdırmada mütəmadi olaraq göbələk yeməyin ürək xəstəliklərinə yoluxmaq riskini 35% azaltdığı məlum olub. Göbələyin tərkibindəki kalium, C vitamininin şah damarları qoruyaraq ürəkdə əmələ gələ biləcək problemləri əngəlləyir.

Qeyd edək ki, göbələyin faydaları bununla bitmir. Antioksidant baxımından zəngin olan göbələk həzmi asanlaşdırır. Tərkibində pensilinin bənzəri olan antibiotiklər mikroblarla və infeksiyalarla mübarizə aparır, mədə xəstəliklərinin müalicə olunmasına köməkçi olur. Tərkibində olan A, kompleks B və C vitaminləri həzm sistemini nizamlayır.

Nərmin Həsənli