Ölkə 22:01 26.06.2019

Rektor tələbələrə daha 10 tövsiyə verdi

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov gənclərlə növbəti tövsiyələrini bölüşüb. Modern.az-ın məlumatına görə, rektor bu dəfə də tələbələrə 10 tövsiyə verib:

"Əziz tələbələr, beləliklə bir tədris ilini də arxada qoyduq. İmtahanları uğurla başa vuran bütün tələbələri təbrik edir, yay tətilinin səmərəli təşkili ilə bağlı tövsiyələrimi bölüşürəm:

1. Dil biliklərinizi daha da gücləndirin. 

2. İmkan olduqca il boyu keçdiyiniz dərsləri təkrarlayın.

3. Fərdi inkişafla bağlı kurslara gedin. 

4. Bədii ədəbiyyat oxuyun.

5. Peşə qabiliyyətinizi artırın.

6. İdmanla məşğul olun.

7. Yaşadığınız bölgənin tarixi abidələrini ziyarət edin.

8. Vaxtınızın bir hissəsini seçdiyiniz peşə üzrə təcrübə keçirməyə sərf edin.

9. Ölkə daxilində və xaricində təşkil olunan yay məktəbi proqramlarında iştirak edin. 

10. Sıx-sıx kitabxana və muzeyləri ziyarət edin.