Ölkə 22:27 16.02.2018

Rektordan dərsə gecikən tələbələrə Sürpriz

Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov Məktəbin tələbələrinin müxtəlif nominasiyalar üzrə qiymətləndirərkən qeyri-adi addım atıb.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, rektor iki tələbəyə - Famil Babayev və Abusupan Adıyevə dərslərə ən çox gecikən tələbələr olduqları üçün zəngli saat hədiyyə edib.

E.Qasımov bu zəngli saatlarla tələbələrin bir də heç vaxt dərslərə gecikməyəcəyinə inandığını bildirib.