Sənət 14:00 03.02.2018

Rəmişin arvadı: "Boşananda onu lüt evdən göndərəcəm, hər şey mənimdir"

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü xanım maraqlı açıqlama verib.

Axşam.az-ın məlumatına görə, o, "Səhər-səhər” verilişində deyib ki, Rəmişin qohumları onu boşamasını və mal-mülkünə sahib olmaq istəyirlər:

"Onun hər şeyinə göz qoyublar. İndidən mal-mülkünün davasını edirdilər. Deyirlər Gülünü boşa. Boşansın, onu lüt evdən göndərəcəm, yola salacam gedəcək. Hər şeyi mənimdir”.

Rəmiş isə həyat yoldaşının sözlərinə belə reaksiya verib:

"Gedib evimi də, maşınımı da Gülünün adına keçirdim. Sabah mənə nəsə olsa, mal-mülk davası getməsin. Mən onu necə boşayım? Yetim qızdır, heç kimi yoxdur. Acınacaqlı həyat yaşayıb. Ona görə də indi nə istəyir alıram”.