Ekonomiks 17:39 26.04.2013

Rəqəmsal TV üçün dekoderlər satışa çıxarılır

Müdafiə Sənayesi Nazirliyinin "Peyk" zavodu rəqəmsal televiziya üçün DVB-T dekoderlərinin ilk hissəsini satışa çıxarır. 

Bu barədə Trend-ə zavodun direktoru Siyavuş Əliyev deyib.

Əliyevin sözlərinə görə, zavodda "DVB-T PEYK" brendi altında istehsal edilən qurğu yaxın vaxtlarda, əsasən, Azərbaycanın rayonlarında satışa çıxarılacaq. Dekoderlərin bazar qiyməti 30 manat olacaq. Hazırda zavod 500 ədəd dekoder istehsal edib. Yaxın 10 gün ərzində onların sayı minə çatdırılacaq.

"Dekoderlər sosial paketə baxmaq üçün nəzərdə tutulub. Qurğu sınaqdan uğurla keçib. Tərəfimizdən əlavə 7 min dekoderin istehsalı üçün komponentlər alınıb. Onların istehsalı istehlak tələbatına müvafiq tənzimlənəcək", - Əliyev vurğulayıb.

Qaynar.info