Video 16:30 10.12.2018

Rəqibini 4 saniyəyə nokauta saldı (VİDEO)

Qarışıq döyüş növlərində (MMA) iştirak edən amerikalı idmançı Şeyn Makkey həmvətənlisi Coşua Teyloru 4 saniyəyə nokauta salıb.

Shamrock FC 313 turnirindəki döyüşün videosu Makkeyin Twitter səhifəsində yerləşdirilib. Makkey döyüş başlayan kimi rəqibinə zərbə endirib. Bu, təşkilatın tarixində ən sürətli nokaut olub.

Elə həmin gün turnirin ikinci ən sürətli nokautu da qeydə alınıb. Ceykob Trall 9 saniyəyə Dillon Tolbertə qalib gəlib. (Sputnik.az)
 
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!