Müğənni Rəqsanə İsmayılova həyat yoldaşının Sevgililər günü üçün ona aldığı hədiyyələri nümayiş etdirib.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, sənətçinin İnstaqramda paylaşdığı videoda bir çox brilyant üzük, sırğa, qolbaq və boyunbağılar yer alıb.

"Hər şey üçün çox sağ ol, nə yaxşı varsan. Sevgililər günü üçün olan hədiyyələr gəldi. Allah bütün qadınları xoşbəxt etsin. Bu həyatda zinət əşyası, qızıl - hər şey boşdur. Əsas odur ki, məni xoşbəxt eliyən insan - həyat yoldaşım var. Övladlarımın arxasında olan, onların qeydinə qalan, onları düşünən insan... Çox sağ ol F. (həyat yoldaşının adının baş hərfi - red.). Yuxudan oyananda mənə belə bir sevinc yaşatdın, səni çox istəyirəm. Xoşbəxtlik hər kəsin haqqıdır. Həyat yoldaşı demək, arxan, kürəyin var deməkdir. Mənim də payımda sən varsan. Xoşbəxtliyimi sənə borcluyam” deyə, Rəqsanə paylaşımına yazıb.

Müğənni videoya yazılan tənqidləri şərh bölümünü bağlayaraq silib. Onun paylaşımı 7 mindən çox bəyənilib.