Maqazin 16:38 06.05.2018

Rəqsanə İsmayılovanın əkiz uşaqları olacaq

Müğənni Rəqsanə İsmayılova ana olmağa hazırlaşır. 

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Zaurla Günay"dın verilişində deyib. 

O bildirib ki, əkizləri dünyaya gələcək. Rəqsanə övladlarını dekabrda dünyaya gətirəcək. O, uşaqlarına ad fikirləşdiyini də deyib. 

Qeyd edək ki, R.İsmayılovanın iki qız övladı var.