Maqazin 10:10 27.03.2015

Rəqsanənin qızı gəlinlik libasında - FOTO

Müğənni Rəqsanə İsmayılovanın qızı yeni maraqlı fotoşəkil yayımlayıb. Anspress-in məlumatına görə, ifaçının böyük qızı Aysun ağ gəlinlik geyinərək fotokamera qarşısına keçib. 

Dizayner- modelyer kimi fəaliyyət göstərən Aysunun bu geyimdə olduqca xoşbəxt göründüyü diqqət çəkib. 

Müğənni Rəqsanə İsmayılova da qızının “Instagram”dakı bu paylaşımını “repost” (yenidən yayımlamaq) edərək, qızı ilə bağlı arzularını dilə gətirib. 

“Mamasının gözəli, mələyi, günəşi. Allah bütün anaların balalarına ağ gəlinlik qismət etsin. Quzum, sənə də həmçinin, ay mənim ayparçam” – deyə sənətçi paylaşımında yazıb. 

Hazırda qızının yanında olmayan Rəqsanə İsmayılova onun üçün darıxdığını və tezliklə görüşəcəklərini də qeyd edib. 


Qaynar.info