İdman 22:32 21.01.2018

Rəşad Sadıqov: "Bu Azərbaycan futbolunun xəstəliyidi"

Antalyada Albaniyanın U-2 komandası ilə yoxlama oyunu keçirən 21 yaşadək futbolçulardan ibarət milli komandamız 0:1 hesabı ilə uduzub. Oyundan sonra yığmamızın baş məqşçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb. Qaynarinfo Fanat.az-a istinadən baş məşqçinin müsahibəsini təqdimedir.

- Pis oyun keçmədi. Sadəcə ilk yarıda hücumda daha aktiv oynaya bilərdik. Birinci hissə ilə bağlı uşaqlara iradım bu oldu. İkinci hissə daha yaxşı keçdi. Hücumlarımız oldu, oyuna nəzarət etdik, düşünülmüş hücumlar qurduq, yaxşı pressinq tətbiq edirdik. Sevindirici məqamlardan biri o oldu ki, rəqibə demək olar qol imkanı vermədik. Duran topdan qol buraxdıq. Bu bütün Azərbaycan futbolunun bir xəstəliyidi. Bunun üzərində işləyəcəyik ki, rəqiblərə belə boş-boş şanslar verməyək. Biz az da əks-hücumlar istədiyim kimi alınmırdı. Əks-hücuma yaxşı çıxa bilmirdik. Amma ümumilikdə ötürmələrlə yaxşı oynayırdıq, futbolçularımız çalışırdı düşünülmüş hücumlar qursunlar, topa nəzarət eləsinlər.

- Birinci yoxlama oyunu ilə bu günkü matç arasında hansı fərqlər oldu?
- Ümumilikdə iş gedir. Məni nə birinci oyundakı qələbə sevindirmişdi, nə də bu günki məğlubiyyət məyus etdi. İndi çalışırıq ki, uşaqlar istədiyimiz futbolu sərgiləsinlər, sistem outuruşsun, topa daha çox nəzarət etsinlər, düzgün futbol oynamağa çalışsınlar. Birinci oyunla bu matçı müqayisə etsək, bu gün rəqib daha aqressiv idi. Albaniya daha kampakt oynayan komandadı, rəqibə oynamağa imkan vermir. Çalışırdıq oyuna nəzarət edək. Nəsə alınırdı, nəsə alınmırdı. Bunlar normal şeylərdi.

- Son zamanlar Yaroslav Dedanın milliləşdirilməsi ilə bağlı söz-söhbətlər yayılır...
- Belə bir söhbət olmayıb. Hələ ki, belə bir fikrim yoxdu.

- Müdafiə və yarımmüdafiədə aqressiya görünürdü, amma hücum bir qədər axsayırdı sanki. Bu, rəqibin müdafiəyə çox diqqət eləməsi ilə bağlıdı, yoxsa hücumda həqiqətən problem var?
- Rəqib bu gün çox müdafiədən oynadı. Bu da pozisiyalı hücumlar qurmağa, əks-hücumlar təşkil etməyə mane olurdu. Ümumən komandada aqressiya var. Kollektiv şəkildə hücum, müdafiə, pressinq anlayışlarını uşaqlara aşılamaq istəyirəm. Bu, futbolumuzda çatışmayan şeylərdən biridi. İstədiyimiz kəsərli hücumları qura bilmirdik. Birinci hissədən sonra da uşaqlara dedim ki, oynaya bilərik, potensialımız var. Fasilədən sonra hücumları artırdıq, amma qol vurmaq üçün yetərli olmadı.

- Xətlərarası əlaqə baxımından vəziyyət necədi?
- İşləyirik bunun üstündə. Vaxt böyük problemdi. Qısa müddətlik bir yerdəıyik. Bilmirsən, futbolçunu fiziki yükləyəsən, ya taktiki işləyəsən. Klubları da düşünməliyik ki, burdan çıxıb öz komandalarına gedəcəklər. Məşqlərdə bunların hamısını nəzərə almağa çalışırıq. İstəyirik ki, Kosovo və İrlandiya ilə oyunlara optimal vəziyyətə gələk. Çox istərdim, yenə 10-15 günlük hazırlığımız olsun. Amma çempionatın təqvimi buna imkan vermir.