İdman 18:55 18.06.2019

Rəşad Sadıqov: "Hər bir rəqib təhlükəlidi"

Bu gün keçirilən Çempionlar Liqasının püşkatmasından sonra "Qarabağ"ın rəqibinin adına aydınlıq gəlib.
 
Qaynarinfo.az xəbər verir ki, ağdamlılar Albaniya təmsilçisi "Partizani" ilə qarşılaşcaq.
 
"Qarabağ"ın kapitanı və təcrübəli futbolçusu Rəşad Sadıqov da bu püşkü dəyərləndirib.
 
Müdafiəçi açıqlamasında, "Bizi iki çətin oyun gözləyir. Albaniya çempionuna qarşı oynayacağıq. Keçən il də bu ölkənin komandası ilə qarşılaşmışdıq. Bu oyunlara çox ciddi və yaxşı hazırlaşmalıyıq. Məşqçilər heyətimiz rəqibi analiz edəcək və bizə lazım olan məlumatı verəcək. Hazırda ən vacibi odu ki, özümüz yaxşı hazırlaşaq və formada olaq. Çünki Çempionlar Liqasıdı, hər bir rəqib təhlükəlidi. İstədiyimiz oyunu nümayiş etdirmək üçün yaxşı hazırlaşmalıyıq" ifadələrini işlədib.