İdman 20:15 31.10.2017

Rəşad Sadıqovun komandası səfərdə "Atletiko"nu məğlub etdi

Azərbaycan U-19 Liqasının qalibi olan "Qarabağ” komandası  UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

İlk üç turda xal qazana bilməyən futbolçularımız səfərdə "Atletiko” klubuna minimal hesabla qalib gəliblər.

Matçda yeganə qolu 45-ci dəqiqədə Yaroslav Deda vurub. Bununla da, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda "uğursuzluq zolağı”ndan çıxmağı bacarıb. Qrupun digər oyununda "Roma” doğma meydanda” Çelsi”yə 1:2 hesabı ilə uduzub.

Xatırladaq ki, "Metropolitano” stadionunda keçiriləcək əsas komandaların arasında görüşün start fiti bu gün Bakı vaxtı ilə saat 23:45-də səslənəcək (Oxu.Az).
 

Qaynarinfo.Az