İdman 10:53 12.10.2017

Rəşad Sadıqovun qəzaya düşdüyü «Range Rover» (FOTO)

"Qarabağ”ın kapitanı Rəşad Sadıqovun qəzaya düşdüyü maşınının görüntüsü yayılıb.

"Qaynarinfo" xəbər verir ki, fotonu sportal.az saytı yayıb. Məlumata görə,  Ağdam klubunun U-19 komandasına da rəhbərlik edən Sadıqov "Neftçi” ilə oyundan qayıdarkən "Range Rover” markalı maşını ilə qəza törədib.

Sadıqov Binə yolunda idarəetməni itirərək avtomobili yolun kənarındakı maneə dirəyinə çırpıb. Qəza zamanı təcrübəli müdafiəçinin maşını əzilsə də, xoşbəxtlikdən özü ciddi xəsarət almayıb. Hazırda onun vəziyyəti yaxşıdır.

Qaynarinfo.Az