İdman 15:02 04.06.2018

Rəşad yenə qələbə qazana bilmədi: üstünlüyü əldən verdik

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri yoldaşlıq oyununda qazaxıstanlı həmyaşıdları ilə üz-üzə gəlib.

Millimizin sükanı arxasında hələ qələbə sevinci yaşamayan çalışdırıcı səfərdə bu tilsimi qırmağa yaxın olsa da, komandamız qələbəni əldən verib. Hesabı 36-cı dəqiqədə millimizdən Sərtan Taşkın açsa da, Qazaxıstan 80-ci dəqiqədə penlatidən bərabərliyi təmin edib - 1:1.

Qeyd edək ki, millimiz bu oyundan 4 gün sonra Bakıda Macarıstan U-21-i ilə qarşılaşacaqlar.

Yoldaşlıq oyunu
4 iyun

Qazaxıstan U-21 - Azərbaycan U-21 1:1
Qollar: Aybol Abiken, 80-pen - Sərtan Taşkın, 36.
Qazaxıstan: 1. Zakir Timurbek, 13. Kuaniş Kalmuratov, 9. Didar Zalmukan (k) (16. Sultan Abilqazi, 46), 21. İvan Abtipov (11. Oralbay Yedige, 77), 23. Cahongir Xodcamov (15. Ruslan Aymbayev, 60), 7. Rinat Cumatov, 5. Aybol Abiken, 18. Samat Şamsli (19. Oleq Çeprazov, 46), 14. Yuri Pertsux, 4. Karam Sultanov, 20. Saqdat Tursinbay (6. Bekzat Şadmanov, 46).
Ehtiyat oyunçular: 22. Bekxan Şayzada, 12. Danil Podimski, 2. Abxal Serixan, 10. Danabek Kuanişbay, 8. Naurizbek Zaqorov, 17. Oralxan Omirtayev.
Baş məşqçi: Talqat Baysufnov.
Azərbaycan: 12. Kamran İbrahimov, 2. Sərtan Taşkın (20. Ömər Buludov, 61), 4. Bəhlul Mustafazadə (k), 3. Anton Krivotsyuk, 6. Qismət Əliyev, 13. Hacıağa Hacıyev (28. Şakir Seyidov, 90+2), 16. İsmayıl İbrahimli, 23. Ziya Əzizov (8. İlkin Muradov, 61), 17. Ozan Can Kökcü (10. Renat Dadaşov, 67), 11. Fərid Nəbiyev (9. Fəhmin Muradbəyli, 57), 7. Ehtiram Şahverdiyev (18. Murad Mahmudov, 77).
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 22. Abdulla Seyidəhmədov, 21. Rüstəm Nuriyev, 5. Elvin Sərkərov, 27. Tural Bayramov, 26. Amin Seydiyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Sarı vərəqələr: Ömər Buludov, 79. İlkin Muradov, 80.
Hakimlər: Dmitri Muntyan, Andrey Bodyan, Viktor Mardari, Aleksandr Tyan (Moldova).
"Astana Arena".