Ölkə 12:21 15.11.2013

Rəşadət Axundova daha bir ağır itki üz verdi

Rəşadət Axundova ağır itki baş verib.

Qaynar.info xəbər verir ki, bu haqda məlumat "Facebook"da yayılıb.

“Nida” Vətəndaş Hərəkatının üzvü Rəşadət Axundovun nənəsi uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Xatırladaq ki, bir müddət öncə sentyabr ayının 14-də Rəşadətin babası Ənayət Axundov Rəşadətə əlavə ittihamların sürülməsinə görə, damarlarını kəsərək intihar etmişdi. 

Xatırladaq ki, Martın 30-da tutulan Rəşadət Axundova Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Cinayət Məcəlləsinin 228.3 (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürüb. Sentyabrın 12-də işə Cinayət Məcəlləsinin 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi də əlavə olunub. 

Allah rəhmət eləsin!

Qaynar.info