Ölkə 17:54 17.07.2019

Rəsədxana bir şey deyir, Akademiya başqa şey - Ay AMEA-nı “pis vəziyyətdə qoydu”

İyulun 17-si saat 00:00-da baş verən təbiət hadisəsi – Ay tutulması Azərbaycan Milli Elmlər Akademiyasını (AMEA) xoş olmayan vəziyyətə salıb.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, iyulun 15-də AMEA-nın rəsmi saytında Ay tutulması ilə bağlı xəbər tirajlanıb və bu təbiət hadisəsinin Azərbaycanda müşahidə olunmayacağı yazılıb.



AMEA-nın saytı Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılovun sözlərinə istinad edərək belə bir xəbər yayıb.

Rəsədxananın rəsmi internet portalında isə dünən yayılan məlumatda bu informasiyanın əksi yer alıb.



AMEA Ay tutulmasının ölkəmizdə müşahidə olunmayacağını, Rəsədxana isə müşahidə olunacağını bildirib.

Ay isə AMEA-nı "pis vəziyyətdə qoyub”, belə ki, Yerin peykinin tutulması ölkəmizdə aydın şəkildə müşahidə edilib.

Ay tutulmasının görünməsindən sonra isə AMEA rəsmi saytında yayımlanan məlumatdakı yanlışlıq düzəldilib.

Qeyd edək ki, ilin ikinci Ay tutulması hadisəsi iyulun 17-si saat 00:00-da başlayıb, 01:45-də tam başa çatıb.