Siyasət 19:18 15.02.2018

Rəsmi Moskva: Ümid var ki, Qarabağ münaqişəsi həllini tapacaq

Biz ümid edirik ki, Qarabağ münaqişəsi öz həllini tapacaq.

Virtualaz.org-un məlumatına görə, bunu Rusiya XİN-in rəsmisi Mariya Zaxarova cümə axşamı keçirilən brifinqdə deyib.

O, Moskvanın 2018-ci ilin yazında Rusiya, Ermənistan və Azərbaycandakı prezident seçkilərindən sonra Qarabağ münaqişəsinin həllinə ümid edib-etmədiyi barədə sualı cavablandırarkən bildirib: "Bizdə ümid var ki, bu münaqişə həllini tapacaq. Və bildiyiniz kimi, biz buna böyük diqqət ayırır, ən başlıcası isə - tərəflərin nəzərdə tutuduqlarının reallaşdırılması üzrə işdə fəal iştirak edirik”.