Ölkə 14:52 25.06.2019

Restoranda çəkilən görüntüləri yayanları hansı cəza gözləyir?

Bakı restoranlarının birində iki qız və iki oğlanın təhlükəsizlik kameralarına düşən görüntüləri yayılıb.

Həmin videonu prodüser Tarix Əliyev (Tolik) şəxsi "Instagram" hesabından paylaşaraq, gəncləri tənqid edib. 

Maraqlısı da odur ki, restoranın kamerasına düşən kadrlar digər şəxsin əlinə necə düşüb? İnsanların özəl görüntüləri yaymaqla onları hədəfə çevirənləri, gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrə səbəb olanları hansı cəza gözləyir? Ümumiyyətlə icazəsiz kiminsə görüntülərini yaymağa görə cəza varmı?

Məsələni araşdırmaq üçün hüquqşunas Mehmad Muradlı ilə əlaqə saxladıq. O, Qaynarinfo-ya açıqlamasında bildirdi ki, bu kimi hallar yolverilməzdir: "Bu şәxsi hәyata müdaxilәdir. İstәnilәn formada mülki mәsuliyyәt yaradır". 

Hüquqşunas videonu yayan restoranın və ictimaiyyələşdirən şəxsin hüquq-mühafizə orqanlarına şikayət olunacağı təqdirdə, cəzalandırılmalı olduğunu bildirib. 

Röya Kərimli