Siyasət 12:50 11.09.2013

“Rəsul Quliyev özünü ifşa edir” -SƏRT CAVAB

“Rəsul Quliyev ölkədən kənardadır. Burada görülən işlərdən, hazırlıqlardan xəbəri yoxdur”.

Bunu Qaynar.info-ya Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli eks-spiker Rəsul Quliyevin Milli Şuranın uğursuzluğu ilə bağlı səsləndirdiyi sözlərə cavab verərkən deyib. Onun sözlərinə görə, Milli Şura seçkiöncəsi aktiv fəaliyyət göstərir: “Bütün strukturlar, partiyalar hazırlıq işlərinə start veriblər. Demokratik düşərgədəki sükut fırtınaöncəsi sükutdur. Təbliğat kampaniyası başlayan kimi bu sükut pozulacaq. Rəsul Quliyev, ümumiyyətlə, situasiyadan xəbərsizdir. Onun başqa maraqları var, bizim maraqlarımızla uyğun gəlmir. Onun açıqlamaları ona görə belədir. Görünür, Rəsul Quliyevlə Siyavuş Novruzov eyni maraqlara malikdirlər. İmzatoplayanlardan birisi kimi bilirəm ki, əhalinin 70-80%-i İlham Əliyevə səs verməmək üçün başqalarına səs verməyə hazırdırlar. Əhalinin arasındayam və bunu müşahidə edirəm. İmza toplayarkən əhalinin Milli Şuraya xüsusi münasibətinin  də olduğunu görmüşük. Kampaniyada vətəndaşlar özləri bizə kömək edirdilər. Ona görə də Milli Şura imzatoplama kampaniyasının çox asanlıqla başa vurdu. Rəsul Quliyev oturub xaricdə, görünür, proseslərlə bağlı iqtidaryönlü saytlardan məlumat toplaya bilir. Ona görə də bu cür rəy formalaşıb. Rəsul Quliyev Milli Şuranın xeyrinə danışsaydı belə, bu, Milli Şuraya xeyir verməyəcəkdi. Əksinə, ziyanlı danışmağı insanlarda inam yaradır. Həmişə seçkilərdə oyun oynayanlar adamların Milli Şuradan kənarda olması bu qurumun xeyrinədir.

M.Hacıbəyli keçən seçkilərdə ACP-nin mövqeyini xatırladıb: “Yadınıza salın, 2008-ci ildə Rəsul Quliyev və Açıq Cəmiyyət Partiyası (ACP) rəsmi qərarla İlham Əliyevə müraciət ediblər. Onlar müdafiə edirlər, bu, onların işi, problemidir. Keçən seçkilərdən fərqli olaraq, bu il müxalifət seçkiləri boykot etməyib. Ona görə də İlham Əliyevi müdafiə etməklə burada hansısa dividentlər  qazanmağa çalışan adamların ifşası qaçılmazdır. Əslində, Rəsul Quliyev özü-özünü ifşa edir”.

İlkin
Qaynar.info