Xəbər lenti

Dünya 14:27 15.03.2024

"Reuters": "HƏMAS girovluqda olan qadın və uşaqları fələstinlilərlə dəyişməyi təklif edir"

Fələstinin HƏMAS hərəkatı 700-dən 1000-dək fələstinli məhbusun, o cümlədən 100-ü ömürlük həbs cəzasına məhkum edilmiş şəxsin azad edilməsi müqabilində israilli girovların azad edilməsini təklif edən atəşkəs planını açıqlayıb. Plana əsasən HƏMAS qadınların, o cümlədən hərbi qulluqçuların, uşaqlar, qocalar və xəstə girovların Fələstin əsirliyindən azad edilməsi təklif edir.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

Bu gün, martın 15-də İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi X-də bəyan edib ki, Fələstin hərəkatı qeyri-real tələblərlə çıxış etməyə davam edir. Bəyanatda deyilir ki, bu məsələ ilə bağlı yenilənmiş məlumat sabah İsrailin hərbi və siyasi-hərbi kabinetlərinə təqdim olunacaq.

HƏMAS agentliyə bildirib ki, Qəzza zolağında atəşkəs danışıqları son həftələrdə pozulub, çünki Netanyahu hərəkatın daimi atəşkəs, İsrailin anklavdan çıxarılması, bölgənin cənubundan köçkünlərin mərkəzi və şimal bölgələrinə qayıtması və humanitar yardımın artırılması kimi tələblərini rədd edib.

Fələstin hərəkatının son təklifində deyilir ki, atəşkəs və İsrailin Qəzza zolağından çıxarılması tarixləri ilk girovların əsirlərlə dəyişdirilməsindən sonra razılaşdırılmalıdır. Reuters xəbər verir ki, HƏMAS qalan bütün girov və məhbusları mübadilənin ikinci mərhələsində azad etməyi təklif edib.

Anklavda atəşkəsə dair sonuncu danışıqlar martın əvvəlində Qahirədə baş tutub. Onlarda Qətər, ABŞ və HƏMAS nümayəndələri iştirak ediblər. Martın 13-də Əl-Ərəbiyyə telekanalı Fələstin hərəkatındakı mənbəyə istinadən bildirib ki, HƏMAS Qəzza zolağında ABŞ-ın təklif etdiyi atəşkəs planı ilə razılaşıb. Hərəkat sonradan bu məlumatı təkzib edib. 

Bu arada İsrail Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində quru əməliyyatı keçirməyə hazırlaşır. Martın 14-də İsrailin baş naziri beynəlxalq təzyiqlərə baxmayaraq, əməliyyata hazırlıqların davam etdiyini bildirib. Onun sözlərinə görə, digər ölkələrin mövqeyi İsrailin hücum planlarına təsir etməyəcək.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->