İdman 20:41 14.12.2017

Riçard Almeyda hansı kluba gedir?

"Qarabağ"ın və millimizin futolçusu Riçard Almeydanın İtaliyanın A seriyasında çıxış edən klublardan birinin transfer hədəfinə çevrilməsi haqda xəbərlər dolaşır.
 
Qaynarinfo Fanat.az-a istinadən xəbər verir ki, "Qarabağ”ın braziliyalısının hazırkı klubuyla olan müqaviləsinin müddəti mövsümün sonunda başa çatır.

Odur ki, yeni anlaşma şərtlərini razılaşdırmadan öncə belə informasiyaların mətbuata ötürülməsi təbii qarşılanmalıdı. Əslində Almeyda İtaliyanın elita klublarından heç birini maraqlandırmır. O, müxtəlif vaxtlarda Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri təmsilçilərində top qovmaq çağırışları alsa da, "Qarabağ”a "Riçardı bizə satın” - deyə, müraciət edən olmayıb. Azərbaycan yığmasının üzvü özü də indiki klubunda qalıb karyerasını davam etdirməkdə maraqlıdır.