Maqazin 13:45 22.09.2018

Rihanna Barbadosun fövqəladə və səlahiyyətli səfiri seçildi

Məşhur pop müğənnisi Rihanna (əsl adı Robin Rihanna Fenty) Barbadosun "Fövqəladə və səlahiyyətli səfiri" adına layiq görülüb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Barbados hökumətinin rəsmi saytında məlumat verilib. Barbadosun baş naziri Mia Amor Mottley Rihannanın ada dövlətinin dünyada tanıdılmasına böyük töhfə verdiyini və bu səbəbdən onu təltif etdiklərini söyləyib.

O, Rihannanın musiqi sahəsi ilə yanaşı iş dünyasında da önəmli rol oynadığını və yeni vəzifəyə təyin edildikdən sonra ölkənin inkişafına daha böyük töhfələr verəcəyini bildirib:

"Rihanna ana vətənini sevir və bu, xüsusilə səhiyyə və təhsil sahəsində atdığı xeyirxah addımlarında özünü göstərir. Həmçinin vətənpərvərliyini də nümayiş etdirir, ölkəsini müntəzəm şəkildə ziyarət edir və onu evi kimi qiymətləndirir".

Rihanna isə öz növbəsindən bu adı aldığı üçün böyük qürur hissi keçirdiyini və Barbadosu dəyişmək üçün baş nazir və onun komandası ilə birgə çalışmağa hazır olduğunu söyləyib.

Qeyd edək ki, sənətçi 1988-ci ildə Barbadosda doğulub. 17 yaşında ABŞ-a köçüb və Def Jam səsyazma studiyası ilə müqavilə bağlayaraq karyerasına başlayıb.