Quba rayonunda bədbəxt hadisə baş verib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Qubadakı hotellərdən birində kanatın qırılması nəticəsində hotelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb.

Quba rayon sakinləri, 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 
Əldə etdiyimiz məlumata görə hadisə Quba Palase Hotel"də (keçmiş adı "Quba Rixos") baş verib. Xəstəxanadan Qaynarinfo-ya bildirilib ki, yaralılardan birinin vəziyyəti yüngül, digərininki isə orta yüngüldür.