İdman 23:59 02.07.2014

Robben: "Braziliyaya istirahətə gəlməmişik"

Hollandiya millisinin futbolçusu Aryen Robben DÇ-2014-ün 1/4 finalında Kosta-Rika ilə matç öncəsi FİFA-nın saytına danışıb.

Qol.Az-ın məlumatına görə, o, Braziliyaya istirahət yox, uğur qazanmaq üçün gəldiklərini deyib:

"İstədiyim futbolu oynaya bilirəm. Komandama kömək edə bildiyimə görə sevinirəm. Dünya çempionatına istirahət üçün gəlməmişik. Turnir başlamazdan əvvəl bizim bu mərhələyə qədər yüksələcəyimizi gözləmirdilər. 1/4 finalda oynayacağımıza görə qürur duyuruq".

A. Robben Kosta-Rikanın güclü rəqib olduğunu da bildirib:

"Onlar İtaliya, İngiltərə və Uruqvay kimi komandaların mübarizə apardığı qrupdan çıxaraq necə komanda olduqlarını sübut etdilər.  İndiyə kimi yaxşı oyun nümayiş etdiriblər. Kosta-Rikanı məğlub etmək üçün yaxşı hazırlaşmalıyıq".

Qaynar.info