Siyasət 21:45 18.01.2019

Robert Koçaryanın həbs müddəti uzadıldı

Yerevan Məhkəməsi Ermənistanın sabiq Prezidenti Robert Koçaryan barəsindəki həbs qətimkan tədbirinin müddətini iki ay uzadıb.

"Report” TASS-a istinadən xəbər verir ki, bunu məhkəmə iclasından sonra vəkil Aram Orbelian jurnalistlərə bildirib.

"Əlbəttə, biz bunun mövcud qanunlara zidd olduğunu düşünürük”, - deyə vəkil vurğulayıb.

Xatırladaq ki, R.Koçaryan 2008-ci ildə konstitusiya quruluşunu zorakı yolla devirməkdə ittiham olunur.