İdman 10:55 11.10.2017

Robert Prosineçki Azərbaycan millisi ilə bağlı qərarını açıqladı

Robert Prosineçki Azərbaycan milli komandasından getmək qərarına gəlib. "Qaynarinfo" xəbər verir ki, xorvat mütəxəssis qərarını index.hr saytına açıqlayıb.

Prosineçki yaxın günlərdə Azərbaycana gələrək AFFA ilə müzakirələr aparacağını bildirib: "Azərbaycanda qalmayacağam. Yeni təkliflər üzərində düşünəcəm".

O, Sloveniya millisinə başçılıq edəcəyi ilə bağlı xəbərləri təkzib edib: "Almaniyadan dünən gecə qayıtmışam. Zaqrebə 12 saata gəlib çıxmışam. Bu barədə xəbərləri mətbuatdan oxudum. Ola bilər ki, sloveniyalılar məni milli komandada görmək istəyir. Amma hələ heç kim mənimlə danışıqlar aparmayıb".

Qaynarinfo.Az