İdman 15:11 08.03.2014

Roberto Mançini Bakıya gələcək?

AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqibi olan İtaliya yığmasında baş məşqçi dəyişikliyi yenidən müzakirəyə çıxarılıb. Fanat.az xəbər verir ki, yoxlama oyununda İspaniyaya məğlubiyyət və zəif oyun bu məsələni yenidən aktullaşdırıb.

İtaliya mətbuatının məlumatına görə, federasiya dünya çempionatından sonra baş məşqçi Cesare Prandelli ilə yolları ayırmaq fikrindədi. Onun yerinə isə əsas namizəd "Qalatasaray"ı çalışdıran Roberto Mançini hesab olunur.

Hələlik Mançininin bu təklifi qəbul edib-etməyəcəyi bəlli deyil. Amma italyan mütəxəssis bir müddət əvvəl verdiyi açıqlamada milli komandanı çalışdırmaq ən böyük arzusu olduğunu bildirmişdi.

Qaynar.info