Çinin "Xinhua" kanalında bundan sonra ingilis dilində xəbərlər proqramı robot tərəfindən aparılacaq.

Qaynarinfo xəbər verir ki, çinli aparıcı Zhang Zhaoya bənzədilən robot Dünya İnternet Konfransında çıxış edib. Konfransın açılışında çıxış edən robot bu fikirləri səsləndirib:

"Hamıya salam. Mən süni intellekt aparıcısıyam. Bu, mənin "Xinhua" kanalında ilk günümdür. Görünüş və səsim kanalda işləyən Zhang Zhaoy bənzədilib. Yorulmadan çalışaraq sistemimə yazılan informasiyaları sizlərə çatdıracam. Yeni xəbərləri sizinlə paylaşmaq üçün səbirsizliklə gözləyirəm".

Gülşən