Texnologiya 22:21 10.12.2017

Robotlar insanların nəzarətindən çıxır

Robot texnologiyası nə qədər inkişaf etsə də, hazırda bu mexanizm insan tərəfindən idarə olunur. Kaliforniya Universitetinin alimləri robotlar üçün yeni maşın təlimi texnologiyası yaradıblar.

Qaynarinfo Azərtac-a istinadən xəbər verir ki, yeni texnologiyaya əsasən robot insanın iştirakı olmadan qərarlar qəbul edə bilir.

Tədqiqatçı Frederik Ebert avtonom rejimdə toplanmış məlumatlardan istifadə olunmaqla yeni sistemin yaradıldığını bildirib. Onun sözlərinə görə, ilkin mərhələdə robot kameralardan əldə olunan təsvirlərin köməyi ilə əşyaları müstəqil hərəkət etdirir və bunun əsasında da proqnozlaşdırılan davranış modeli qurulur.