İnsan bədənindəki zərərli mikrob və viruslarla savaşacaq mini robotlar yaxın zamanlarda istifadə olunmağa başlayacaq. 

Qaynarinfo xəbər verir ki, metrin milyonda bir böyüklüyündə olan mini robotların insan bədənində dolaşaraq xəstəliklərə qarşı mübarizə aparacağı dövrün başlamasına çox qısa vaxt qalıb. 
 
Hüceyrə böyüklüyündə olan robotlar maqnitlərlə idarə ediləcək və insan bədənində müdaxilə olunması çətin olan bölgələri müalicə edəcək.
 
Bunun sayəsində xərçəng xəstəliyinin də müalicə oluna biləcəyi ehtimal edilir.
 
Edinburq Universitetinin mjütəxəssisi Qi Zhou mini robotların xəstəliyin diaqnostikası üçün də yararlı ola biləcəyini bildirib. 
 
Nərmin Həsənli
Qaynarinfo.az