İdman 19:34 14.10.2019

“Roma” əsgər salamına görə Cengiz Ünderi cəzalandıracaq?

"Roma” Türkiyə ordusunun Suriyadakı hərbi əməliyyatına dəstək olaraq əsgər salamı verdiyi şəkli sosial şəbəkədə paylaşan futbolçusu Cengiz Ünderlə bağlı qərar verib.

Qaynarinfo xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Klubdan bildirilib ki, futbolçunun bu addımı onlara heç bir problem yaratmır və onu cəzalandırmayacaqlar.