Dünya 10:59 03.08.2013

Roma Papası: "Müsəlmanların dostuyam"

Katoliklərin dini lideri Papa Françesko Ramazan ayı münasibətilə İslam dünyasına təbrik mesajı göndərib. 

Qaynar.info xəbər verir ki, əvvəlki illərdə Dinlərarası Dialoq üçün Papalıq Şurası tərəfindən göndərilən mesajdan fərqli olaraq bu dəfə papa bu təbriki öz adından göndərib. 

Papa mesaja "dünya müsəlmanlarına" xitabı ilə başlayıb: "Oruca, ibadətə sədəqə verməyə yönələn Ramazan ayının sonuncusu olan İd Al-Fitr (Ramazan bayramı) münasibətilə sizə salam göndərməkdən məmnunluq duyuram. Bu il vəzifəmin ilk ilində bu ənənəvi mesajı şəxsən özüm göndərmçək istədim. Sevgili dostlarım başda dini liderlər olmaqla bütün Müsəlmanlara hörmət və dostluğumu ifadə etmək istəyirəm". 

Qaynar.info