İdman 11:08 24.11.2017

"Roma" - "Qarabağ": Biletlər neçəyədir?

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın "Roma" ilə səfər matçını stadiondan izləmək istəyənlər sabahdan etibarən oyunun biletlərini ala bilərlər.

Qaynarinfo Sport7.az -a istinadla xəbər verir ki, bu barədə xəbəri Ağdam klubunun rəsmi saytı yayıb.

Biletləri klubun bazasından əldə etmək mümkündür (həftə içi hər gün, saat 10:00-dan saat 18:00-a qədər). Biletləri almaq üçün xarici pasport tələb olunur. 

Yalnız bilet satışıyla bağlı əlavə məlumat üçün: (055) 400-49-18

Qeyd edək ki, ödənişlər yalnız avro ilə həyata keçirilir. Bir biletin qiyməti 40 avrodur.