Dünya 14:40 20.09.2018

Ronald Reyqanın evi 6,5 milyon dollara satıldı

40-cı ABŞ prezidenti Ronald Reyqanın ilk həyat yoldaşı aktrisa Ceyn Uaymanla birgə yaşadığı evi 6,45 milyon dollara satılıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, evin kimin aldığı açıqlanmayıb. 1938-ci ildə inşa edilən ev 5 yataq otağı və 6 hamam var. Evin ümumi sahəsi 570 kv. metrdən çox, həyətyanı sahəsi isə 1,6 min kv. metrdir. Ərazidə hovuz, baxça və çardaq var.

Malikanə daha öncə 64 il əvvəl bir fond tərəfindən alınmış, o zamandan bəri heç kimə satılmamış və tarixi konstruksiyası qorunub saxlanılmışdı.

Qeyd edək ki, Ronald Reyqan 1981-1989-cu illərdə ABŞ prezidenti olub. Ceyn Uaymanla ailə qurduqdan sonra cütlük 8 il birlikdə yaşayıb, daha sonra isə boşanıblar. Reyqan ondan sonra 1952-ci ildə Nensi Devislə ailə ailə həyatı qurub.