Sənət 15:34 06.09.2014

Ronaldinyo 36 yaşınadək oynayacaq

Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyo karyerasını Meksika çempionatında davam etdirəcək. 

Fanat.az xəbər verir ki, 34 yaşlı "yekədiş" "Keretaro" klubu ilə anlaşıb.

Müqavilə 2 ili əhatə edir. Hazırda "Keretaro" Meksika Aperturasında 10 xalla 8-ci pillədə qərarlaşıb.

Qaynar.info