İdman 21:23 27.01.2014

Ronaldinyo rep oxudu, klipə çəkildi - VİDEO

Ronaldinyo dünya kubokuna hazılıq ərəfəsində Braziliya üçün həsr edilən repi reper Edsiti ilə birlikdə səsləndirib

Dünyanın ən yaxşı futbolçularından biri Braziliyalı futbolçu Ronaldinyo bu dəfə də heyranlarını təəccübləndirməyi bacarıb.

Ans press-in məlumatına görə, "Vai na féadlı" adlı rep oxuyan Ronaldinyo futbolda olduğu kimi, musiqi sahəsində də bacarığını nümayiş etdirib.

O, dünya kubokuna hazılıq ərəfəsində ölkəsi üçün həsr edilən repi reper Edsiti ilə birlikdə səsləndirib. Onların bu repinə klip də çəkilərək sosial mediada yayılıb.

Qeyd edək ki, hazırda Ronaldinyo Braziliyanın "Atletiko Mineyro” klubunda oynayır. O, vaxtilə İspaniya "Barselona”sının heyətində Çempionlar Liqasını və "Qızıl top”u qazanıb.


Qaynar.info