İdman 15:24 16.06.2018

Ronaldo dünya çempionatının tarixinə düşdü: ən qoca het-trik müəllifi

Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo dünya çempionatları tarixinə düşüb. 

Qaynarinfo FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Real"ın forvardı mundial taxixində het-trik edən ən yaşlı futbolçu olub.

Moskvada keçirilən yarışın B qrupunun I turunda İspaniya yığması 3:3 hesabı ilə başa çatan görüşdə 3 qol vurmaqla bu ünvana sahib çıxıb. O, 33 yaş 130 günlüyündə bunu bacaran ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, Ronaldo ardıcıl dörd mundialda fərqlənən 4-cü futbolçu olub. Portuqaliyalı hücumçu bundan əvvəl "DÇ-2006", "DÇ-2010" və "DÇ-2014"də qol vurub.