Foto 21:15 20.12.2018

Ronaldo evini satışa çıxardı (FOTOLAR)

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Mançesterdəki evini satışa çıxarıb.

Qaynarinfo xəbər verir ki, portuqaliyalı ulduz "Mançester Yunayted"də oynadığı dönəmdə aldığı evə 3 milyon 250 min funt-sterilnqə (6 milyon 979 min manat) qiymət qoyub. Ronaldo bu evi 2006-cı ildə 3 milyon 850 min funt-sterlinqə almışdı. Beləliklə, o, 12 il əvvəl aldığı mülki 600 min ziyanına satır.

Qeyd edək ki, evdə 5 yataq otağı, xüsusi kinoteatr, cakuzi, hovuz və idman salonu var.